Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinin TƏQDİMATI BAŞ TUTDU – FOTO/VİDEO

media-hightechnic-468x90

Azərbaycanın Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq deputat Sabir Rüstəmxanlının seçilmiş əsərlərindən ibarət 15 cildlik kitabın təqdimat mərasimi keçirilib.

 

Yenicag.az xəbər verir ki, sözügedən yeni nəşrdə Xalq şairinin müxtəlif janrlarda olan əsərləri toplanıb. Kitaba onun şeirləri və poemaları, publisistik yazıları, pyesləri, romanı, povest və hekayələri daxil edilib. Bundan əlavə, seçilmiş əsərlərdə şairin dünya ədəbiyyatından etdiyi tərcümələr, çıxışları və yol qeydləri də yer alır.

Qeyd edək ki, təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev, Atatürk Mərkəzinin direktoru, akademik, sabiq deputat Nizami Cəfərov, millət vəkili Rəfael Hüseynov, Milli Məclis sədrinin müavini, millət vəkili Fəzail İbrahimli, AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, sabiq xarici işlər naziri Həsən Həsənov və digər ictimai-siyasi xadimlər çıxış ediblər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600