Sabirabad sakini özünü binadan atdı

media-hightechnic-468x90

kkkkkkkkkkkkÖtən gün Sabirabadda intihar hadisəsi baş verib.

Rayon polis şöbəsindən verilən məlumata görə, rayon sakini, ruhi xəstə Eston Ağabalayev yaşadığı evin 3-cü mərtəbəsindən özünü atıb.

Eston Ağabalayev ağır yaralanıb. Onu təcili yardımla xəstəxanaya aparıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, Eston Ağabalayev uzun müddət əsəb xəstəliyində əzab çəkib. Onun ruhi xəstə olduğu bildirilir. Ehtimal olunur ki, o, bu səbəbdən özünü hündürlükdən yerə atıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600