!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda ağır yol qəzası: 2 ölü

!Reklam – Yazi

Sabirabad rayonu, Nizami kəndi ərazisində “VAZ” markalı minik avtomobilinin “Mercedes” markalı yük avtomobiliylə toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndi ərazisində “VAZ” markalı minik avtomobilinin “Mercedes” markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1958-ci il təvəllüdlü Aslanov Həsənxan Hüseynxan oğlunun və 1989-cu il təvəllüdlü Aslanov Dəyanət Həsənxan oğlunun cəsədlərini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 22:25-də başa çatıb.

Yenicag.az

www.yenicag.az

1429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv