Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.
Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, zəncirvarı qəza zamanı xəsarət alanlardan Bakı sakinləri, 1968-ci il təvəllüdlü Məmmədov Akif Allahverən oğlu və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Hüseynova Nərmin Natiq qızı Sabirabad rayon xəstəxanasına, Sabirabad sakini, 1986-cı il təvəllüdlü Əhmədov Nicat Vaqif oğlu Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd ərazisində “Mersedes” markalı “99 GT 578” dövlət nömrə nişanlı avtomobilin qarşısına inək çıxması nəticəsində “Ford” markalı “99 HC 833” dövlət nömrə nişanlı avtomobil və daha bir “Mersedes” markalı avtomobillə toqquşub.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az