Şabran və Qusar rayonlarında təbiətə 13 min manatdan çox ziyan dəydi

media-hightechnic-468x90

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şabran və Qusar rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı Şabran rayonu, Bakı-Quba avtomobil yolunun kənarında yerləşən “Bakı” ictimai-iaşə obyektinin ərazisində, eyni zamanda ona bitişik torpaq sahəsində və Qusar rayonu Mucuq kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 13 min 440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600