Şabranda DƏHŞƏT - Ər arvadını hərəkətdə olan avtomobildən yola atdı

media-hightechnic-468x90

Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb.

Kənd sakini,1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub.

Xəstəxanadan verilən məlumata görə, yaranan mübahisə zəminində kişi həyat yoldaşını hərəktədə olan avtomobildən yola atıb.

Faktla bağlı araşdırma aparılır./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa