Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şabranda meşə zolağında baş vermiş yanğın söndürülüb

İyulun 1-də saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Yenicag.az-a verilən məlumata görə, yanğın Şabran meşəbəyliyinin Pirəbədil meşə sahəsinin 14 saylı meşə dolayının 3 hektara yaxın ərazisini əhatə edib. Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

ETSN vətəndaşlardan xahiş edir ki, yay mövsümündə təbiətdə olarkən odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi normalarına riayət etsinlər.

www.yenicag.az

1013
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS