Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatdı
Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.
Yenicag.az-ın məlumatına görə, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb.
Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb.
Mərhumun seldə boğulduğu bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır./Report/
***
Şabranda çaydan iki meyit tapılıb.
Bu barədə “Report”a FHN-dən məlumat verilib.
Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.