Şagirdləri vəhşicəsinə döydü-Fotolar
YENİCAG.AZ xəbər verir ki, Çində dəhşətli hadisə baş verib. Beləki, müəllim 7 yaşındakı şagirdləri üzərində test kitabıyla vəhşiliklər törədib. Hər yer qan içində olana qədər uşaqları vəhşicəsinə döyən müəllim həbs olunub.
Üstü başı qan içində qalan şagirdlər xəstəxanaya aparılarkən, müəllim də Çin polisi tərəfindən saxlanılıb. Çinin Shaanxi əyaləti Ankang məktəbində baş verən hadisədə şagirdlərə şiddət göstərən sənət müəllimi Lei Mingxingin hadisəni törətməyinin səbəbi məlum deyil.
Uşaqları bu vəziyyətdə məktəbin baş müəllimi sinifə girərkən aşkarlayıb.
Qeyd edək ki, hadisəni törədən müəllimin bu hərəkəti digər müəllimləridə dəhşətə gətirib.
Polis hadisəni araşdırır.