Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfirliyində oldu

media-hightechnic-468x90

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyində olub.

Səfirlikdən Yenicag.az-a bildiriblər ki, Baş nazir “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.

Məhəmməd Şahbaz Şərif başsağlığı kitabında ürək sözlərini yazıb. O, Pakistanın qardaş Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600