Şahbaz Xuduoğlu: “Bona Dea” xəstəni dinləmək əvəzinə MƏHKƏMƏ İLƏ TƏHDİD EDİR"

media-hightechnic-468x90

“Ailəmizə edilən bu hücum artıq tək bizim məsələ deyil, ictimai bir məsələdir”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib.

Tanınmış naşir həyat yoldaşı, “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin “Liv Bona Dea” hospitalında məruz qaldığı haqsızlıqlar və hospitalın zərərçəkəni məhkəməyə verməsi haqqında danışıb:

“Əməliyyat zamanı Nigarın ağrıları olub və ağrıkəsici vurulmasını xahiş edib, amma vaxtında və dərhal ağrıkəsici vurulmayıb. Bundan sonra Nigar dərin sarsıntı keçirib və depressiv vəziyyətə düşüb. Bunu mən xəstəxanada görəndə hiss etdim, xəstəxananın işçiləri gəldiyi zaman biz onlara da bildirdik vəziyyəti ki, niyə görə bu baş verdi, niyə vaxtında ağrıkəsici vurulmayıb. Baş tibb bacısı kameraya baxıb araşdıracağını və məlumat verəcəyini bildirdi. Keçən 3 gün müddətində Nigar xanım xəstəxanada qalsa da, bizə hər hansı məlumat verilmədi. Sonradan biz bu barədə sosial şəbəkədə paylaşım etdik və bu paylaşım xəstəxanaya qarşı deyil, həmin situasiyaya qarşı idi. Bu bir irad idi və xəstəxanadakı bu münasibətlə bağlı narazılıq idi.”

Ş. Xuduoğlu qeyd edib ki, hospitalda göstərilən davranış ucbatından N. Köçərli psixoloji sarsıntı keçirib və hazırda müalicə alır:

“Bu soyuq davranışın təsiridir ki, bu gün Nigar Köçərli həm psixoloq yanına gedir, biz hər gün hansısa müayinəyə gedib vəziyyətdən çıxmağa çalışırıq. Bu müddət ərzində xəstəxanadan bir dəfə zəng edib maraqlanmadılar. Hər hansı formada əlaqə yaradıb dəstək ola bilərdilər. Belə yanaşma əvəzinə onlar məhkəməyə müraciət ediblər ki, biz niyə öz ağrılarımızı sosial şəbəkədə paylaşmışıq. Mən axı öz problemlərimi, aşağıda əməliyyatın gecikməsini gözləməyimi qeyd etmişəm. Həkimlər insanların sağlamlığını qorumaq üçündür, ona görə deyil ki, depressiv vəziyyətdə olan xəstəyə məhkəmə ilə təhdid etsin. Səhiyyə sistemi çox nadir hallarda məhkəməyə müraciət edə bilər. Ona qalsa, xəstəxanada çox xəstə həyatını itirir, çox xəstə xəstəxanalardan şikayət edir. Belə çıxır ki, Respublika Xəstəxanası hər gün məhkəməyə müraciət etməlidir? Ora xəstəxanadır, kimsə ordan aldığı xidmətdən şikayətçidirsə, onu dinləyib problemi yoluna qoymaq lazımdır. Bu məhkəmə məsələsi bizə qarşı mənəvi bir hücumdur və bu artıq təkcə bizim məsələ deyil, ictimai bir məsələdir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05