Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədr müavini ilə görüşdü - FOTO

media-hightechnic-468x90

Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfəri çərçivəsində mayın 14-də Buxarada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədr müavini Maryam Majid Bin Zeneya ilə görüşüb.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı ölkələrimiz arasında əlaqələrin qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf etdiyi qeyd olunub. Tərəflər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini vurğulayıblar.

Birləşmiş Ərəb Əmirliklərinə səfərlərini xatırlayan Milli Məclisin sədri orada keçirdiyi görüşlər və müzakirə olunan məsələlər barədə təəssüratlarını bölüşüb.

Görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Qeyd olunub ki, ölkələr BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri BƏƏ-nin parlament təmsilçilərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində iştirakından məmnunluğunu bildirib. Fikir mübadiləsi zamanı İkinci Asiya Qadınlar Forumunun əhəmiyyəti, burada müzakirə olunan məsələlərin vacibliyi barədə də söhbət açılıb. Qeyd edilib ki, belə parlament platformaları, eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Görüşdə ölkələr arasında münasibətlərin ruhuna uyğun olaraq, qanunverici orqanlar arasında da uğurlu əlaqələrin qurulduğu qeyd olunaraq vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Söhbətdə qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.

Fikir mübadiləsi zamanı Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib, bu sənədin tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsindəki rolu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

media-w4hecv9u0nybrjuiloodlnzcd7gqkmkavngbzt4q_1200 media-acccoviqrnzegxrzwoymusgfbefx09onxfa9xw1l_1200

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05