Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sahibə Qafarova BMT nümayəndəsi ilə görüşdü

Reklam: Sinerji Pro

İyunun 24-də Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən, BMT ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.

Sahibə Qafarova ölkəmizin BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu və uğurlu əməkdaşlıq həyata keçirdiyini, Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi iclasının keçirildiyini qeyd edib.

BMT-nin Azərbaycandakı ofisinin müxtəlif proqramlar çərçivəsində ölkəmizin dövlət qurumları ilə fəal əməkdaşlıq etdiyini də bildirən spiker Sahibə Qafarova xüsusilə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün görülən tədbirləri qeyd edib.

Üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı məlumat verən Sahibə Qafarova bildirib ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çoxlu sayda hərbçi və mülki vətəndaşımız Ermənistan tərəfindən quraşdırılmış minalara düşüb.

“Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, hərbi cinayətlərini davam etdirir”, – deyə S.Qafarova əlavə edib.

Spiker iyunun 4-də üç nəfər azərbaycanlının öz xidməti fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladaraq, əlavə edib ki, onlardan ikisi jurnalistdir. Sahibə Qafarova həmçinin bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş terrorçuları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Azərbaycanda fəaliyyəti dövründə ona göstərilən dəstəyə və yaradılan şəraitə görə təşəkkürünü ifadə edib.

Qulam İsakzai bu illər ərzində təşkilatla Azərbaycanın müvafiq qurumları arasında məhsuldar əməkdaşlıq həyata keçirildiyini qeyd edib. O, son illərdə BMT-nin müvafiq proqramları çərçivəsində baş tutan tədbirlərdən danışıb.

www.yenicag.az

182
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100