Sahibə Qafarova Düşənbədəki mədəni abidələrlə tanış oldu

media-hightechnic-468x90

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Düşənbə şəhərində bir sıra tarixi-mədəni yerlərlə tanış olub.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Nümayəndə heyətinin üzvləri əvvəlcə “Koxi Navruz” kompleksinə baş çəkib. Məlumat verilib ki, 12 böyük zaldan ibarət olan kompleks mərasim və tədbirlər üçün nəzərdə tutulub. Qonaqlar kompleksin ekspozisiyası və zalları ilə tanış olublar.

Sonra parlament nümayəndə heyəti Tacikistan Milli Muzeyinə gəlib, burada tacik xalqının qədim tarixi, mədəniyyəti haqqında eksponatlarla tanış olublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600