Sahibə Qafarova ŞKTC və Özbəkistandan olan həmkarları ilə görüşdü

media-hightechnic-468x90

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürklər ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklər Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib.

O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenar iclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan Milli Məclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Türk dünyasının birləşməsi istiqamətində göstərilən səyləri qeyd edərək, bu baxımdan TÜRKPA çərçivəsində fəal əməkdaşlığın parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Spiker Sahibə Qafarova Türk dünyasının gücləndirilməsinin, Türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edərək, Prezident İlham Əliyevin bu barədə səsləndirdiyi fikirləri və atdığı addımları diqqətə çatdırıb.

Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclasının və orada müzakirəsi nəzərdə tutulan məsələlərin təşkilatın gələcək fəaliyyətində önəminə dair fikirlər səsləndirilib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdincan İsmayılov ilə görüşüb.media-dcccd551-7b09-35b2-a271-13a19b0ce72a_850

Görüşdə dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında iki ölkənin dövlət başçılarının mühüm rolu diqqətə çatdırılaraq, bildirilib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, sıx təmaslar dost və qardaş ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə daxil olmasını şərtləndirib.

Söhbət zamanı qeyd edilib ki, qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova özünün Özbəkistana, qarşı tərəfin qanunverici orqanlarının rəhbərlərinin isə ölkəmizə səfərlərini məmnunluqla xatırladaraq, bu sahədə müsbət dinamikanın olduğunu deyib. Vurğulanıb ki, parlamentarilərimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600