Sahibkar niyə işçisilə əmək müqaviləsi bağlamaqdan qaçır?

media-hightechnic-468x90

muqavile2Sahib Məmmədov: “Ortalıqda 100 milyonlarla vəsait dövlət büdcəsindən, sosial ödəmələrdən yayınır”

“İşə götürənlərin işçi ilə müqavilə bağlamaqdan qaçması onun vergi və sosial ödəmələrdən yayınmasından irəli gəlir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov dedi: “İşə götürən şərti olaraq işçisinə 500 manat ödəsə, o zaman 22 faizlə 110 manat əlavə icbarı sığorta olunması üçün pul ödəməlidir.  Həmin 500 manatın da 17 faizini 14 faizini gəlir vergisi, 3 faizini də sosial  ödəmə olaraq tutmalıdır. Belədə işçi 400 manatdan bir qədər çox vəsait almalıdır. Ona görə də ortalıqda 100 milyonlarla vəsait dövlət büdcəsindən, sosial ödəmələrdən yayınır.  Ortalıqda olan 39 faiz pul çox vacib yerə getməlidir. Lakin işə götürənlər buna getməkdən qaçır. Sahibkarın işçi ilə əmək müqaviləsi bağlamamasında başqa səbəb isə işçini özündən asılı hala saxlamaqdan qaynaqlanır. Onu düşdüyü bədbəxt hadisələrdən sığortalamamaqdan da sahibkar yayınır. Bu problemin həlli üçün heç də sahibkarı həvəsləndirmək taktikasına gedilməməlidir. Sadəcə olaraq, qanunu sərt olaraq tətbiq etmək lazımdır. Belə problem əsasən işçilərin daha çox cəlb olunduğu iri şirkətlərdə özünü göstərir.  Tikinti şirkətləri, iaşə müəssisələri, şadlıq evlərində böyük işçi kütləsi olsa da, bir qayda olaraq ancaq 5-10 nəfəri ilə müqavilə bağlanılır. Amma bağlanan bu müqavilələrdə də faktiki əmək haqqı ilə rəsmi əmək haqqı arasında fərq var”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600