!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkarlar ixtisaslaşmış bankları yaratmaqda maraqlı deyillər - Ekspert

!Reklam – Yazi

Azərbaycanda çoxsaylı banklar yaransa da, nədənsə, bu günə qədər ölkədə bir dənə də olsun ixtisaslaşmış banklar yoxdur. Halbuki, inkişaf etmiş ölkələrdə əks proses müşahidə olunur.

Görəsən, nədən ölkəmizdə ixtisaslaşmış bankların yaradılmasına meyil yox dərəcəsindədir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun Yenicag.az-a açıqlamasına görə, banklar real sektorla az əməkdaşlıq etdiyindən və ənənənin olmaması üzündən ölkədə ixtisaslaşmış banklara da tələb yoxdur:

“Əslində, bank sektorunda ixtisaslaşmış bankların olması həm də real sektorun dəstəklənməsi baxımından vacibdir. Nəzərə alsaq ki, banklar Azərbaycanda real sektoru daha az maliyyələşdirir, onların bu istiqamətdə daha yaxından iştirak etmələrinə ehtiyac vardır. Bu baxımdan ixtisaslaşmış bankların olmaması bankların real sektorun maliyyələşməsində birbaşa iştirak etməmələri, eyni zamanda həmin istiqamətdə təcrübə və ənənənin az olmasından qaynaqlanır. Təcrübə genişləndirilməli, banklar real sektoru yaxından maliyyələşdirməlidirlər. Bu, baş verərsə, proses ixtisaslaşmış bankların daha yaxından dəstəklənməsinə imkan verə bilər. Bu imkan verəcək ki, sahibkarlar bank xidmətlərindən daha geniş istifadə etmək imkanı qazansınlar. O baxımdan ölkəmizdə ixtisaslaşmış bankların olmamasının əsas səbəbləri bu sahədə ənənənin zəif olması, xarici təcrübənin öyrənilib, tətbiq edilməsi prosesinin ləng getməsi və real sektorla daha az əməkdaşlıq etmələrindən qaynaqlanır”.

ELÇİN

www.yenicag.az

1770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv