Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq

media-hightechnic-468x90

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan “Ulacalı-Qaragüney” ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 22.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa