Sakinlərin NƏZƏRİNƏ! Bunu etməsəniz cərimə olunacaqsınız

media-hightechnic-468x90

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla əlaqadar olaraq “Azəristiliktəchizat” ASC-nin əməkdaşları əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb.

Bu barədə Yenicag.az-a “Azəristiliktəchizat” ASC-dən bildirilib.

Qeyd edək ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

Əlavə məlumat üçün istehlakçılar “Azəristiliktəchizat” ASC-nin (012) 956 qısa nömrəli “qaynar xətti” ilə əlaqə saxlaya bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600