Şakir Abbasov Kəmalə Bənənyarlıdan danışdı
AXCP fəalı Kəmalə Bənənyarlı azadlığa buraxıldıqdan sonra partiyadaşları onu yalnız buraxmır. K.Bənənyarlının evi ziyarətçilərlə zəngindir.
YENİCAG.AZ-a bu barədə məlumat verən AXCP sədrinin müşaviri Şakir Abbasov bildirib ki, “Kəmalə xanım Azərbaycanın son dönəm mübarizə hərəkatında mühüm rol oynamış xanımlarımızdan biridir. Rejim bir daha gördü ki, milli mübarizəyə könül vermiş insanları həbs etmək, işgəncə verməklə sındırmaq olmaz. Biz hər birimiz Kəmalə xanımla fəxr edirik. Hesab edirik ki, milli mübarizəmiz öz nəticəsini gec-tez verəcəkdir”.