Salyan cinayətində istifadə olunan avtomobil tapıldı
Aydın Xəlilovun öldürülməsi zamanı istifadə olunan avtomobil tapılıb. Bu barədə “Axar.az”ın Salyanda hadisə yerində olan müxbiri xəbər verib.
Əməkdaşımız bildirib ki, artıq hadisə şahidləri Salyan Rayon Prokurorluğuna çağrılıb. Cinayətdə istifadə olunan avtomobilin yolun kənarında tərk edilmiş vəziyyətdə tapıldığı haqda məlumat da yayılıb. Kənd camaatını dindirən müstəntiq bununla bağlı hər hansı açıqlama verməkdən imtina edib. O sadəcə “istintaq sirridir” deməklə kifayətlənib.
Qeyd edək ki, dünən gecə amansızlıqla qətlə yetirilmiş Aydın Xəlilovun qara rəngli “Pajero” ilə kənddən aparıldığı bildirilmişdi. Maşının nömrəsinin palçıqlı olması ucbatından heç kim onu görə bilməmişdi.