Samarada iki azərbaycanlı maşında diri-diri yanıb

media-hightechnic-468x90

lşşşSamarada baş verən yol qəzasında iki azərbaycanlı dünyasını dəyişib.

Hadisə şəhərin Avropa və Qaqarin küçələrinin kəsişməsində baş verib. Gecə saatlarında Qaqarin küçəsi ilə hərəkət edən “Lada Priora” markalı avtomobil Avropa küçəsi ilə yüksək hərəkətdə olan Chevrolet Cruze maşını ilə toqquşub. Toqquşma nəticəsində “Lada Priora” alışıb, maşında olan iki nəfər dünyasını dəyişib.

Bir yaralı isə xəstəxanaya çatdırılıb. Ölən şəxslərdən birinin 30 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilsə də, onun adı açıqlanmır. Yerli bloqqerlər ikinci şəxsin də azərbaycanlı olduğunu yazıblar.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa