Şamaxıda 26 yaşlı gənc yol qəzasında öldü

media-hightechnic-468x90

2462993c111b981d32965b5909be5af6Azərbaycanın Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb. Məlumata görə 99-BC-059 dövlət nömrə nişanlı “VAZ 21014” markalı minik avtomobili hərəkətdə olarkən qarşısına it çıxıb. Avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Zərbənin təsirindən avtomobilin arxa qapısı açılıb və sərnişin, Oğuz rayon sakini 1989-cu il təvəllüdlü Sadəddinov Şahmar Nizami oğlu yolun ortasına düşərək hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır(APA).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600