Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şamaxıda FÖVQƏLADƏ ÖZBAŞINALIQ: FHN məmurları prezidentin sərəncamına məhəl qoymurlar - FOTOLAR

Prezident İlham Əliyevin Şamaxı zəlzələsi zamanı dağılan və ya qəzalı vəziyyətə düşən evlərin təmiri ilə bağlı verdiyi sərəncam yerinə yetirilmir. 

Bunu Yenicag.az-a şikayətində Şamaxı rayon Məlikçobanlı kənd sakini Qafarov Sədi Camulla oğlu bildirib.

Onun sözlərinə görə, qardaşı Qafarov Cəmşid Camulla oğluna aid 0,13 ha həyətyanı sahədə yerləşən ev zəlzələdən sonra qəzalı vəziyyətə düşüb.

Ailə prezident İlham Əliyevin müfaviq sərəncamından sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı rayon şöbəsinə evin qəzalı vəziyyətə düşməsi ilə bağlı müraciət edib. Bundan sonra evə baxış keçirilib və tikilinin həqiqətən də, qəzalı vəziyyətdə olmasına dair rəy verilib.

Problem də elə bundan sonra böyüməyə başlayıb. Belə ki, müvafiq qərarın olmasına baxmayaraq, evin yenidən qurulması istiqamətində heç bir konkret iş görülməyib. Ev sahibləri yerli və aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb.

Vəziyyətin belə olduğunu görən şikayətçilər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbulunda olublar. Nazir evin təmiri ilə bağlı birbaşa göstəriş verib. Lakin nazirin bu tapşırığı da yerli məmurları hərəkətə gətirməyib.

Bu azmış kimi, evə təkrar baxış keçirən FHN Şamaxı rayon şobəsinin əməkdaşı Qurban Qurbanov özünü nalayiq apararaq, şikayətçinin anasını təhqir etməkdən də çəkinməyib.

Qafarovlar ailəsi zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərinin prezidentin sərəncamlna uyğun olaraq, təmir olunmasını və FHN Şamaxı şöbəsinnin adıçəkilən əməkdaşının yol verdiyi təhqirlərə görə cəzalandırılmasını tələb edir.

www.yenicag.az

3958
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM