Şamaxıda zəncirvari yol qəzası olub

media-hightechnic-468x90

Şamaxı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Bakı-Şamaxı yolunun 107-ci kilometrliyində qeydə alınıb.

Xaçmaz rayon sakini Zülfüqar Baratovun idarə etdiyi “Daewoo”, İsmayıllı rayon sakinləri Adil Bağırovun idarə etdiyi “Mercedes” və Nicat Hüseynovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobillər toqquşub.

Toqquşma nəticəsində avtomobillərdəki sərnişinlər – 2004-cü il təvəllüdlü Rövşən Usubov, 1990-cı il təvəllüdlü İradə Mustafayeva və 1956-cı il təvəllüdlü Məhərrəm Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600