!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Samir Şərifov: "Siyasi partiyalara ayrılan vəsait artırılıb"

!Reklam – Yazi

Milli Məclisdə keçirilən 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilib.

Yenicag.az xəbər verir ki, müzakirələrdə ilk olaraq, maliyyə naziri Samir Şərifov çıxış edib. O, deputatların müzakirələrdə irəli sürdükləri təkliflərin nə dərəcədə nəzərə alınıb-alınmadığı ilə bağlı Milli Məclisi məlumatlandırıb:

“Təkliflərə əsasən, vəsait ayrılacaq sahələrdən biri də parlamentdə təmsil olunan siyasi partiyalardır. 2018-ci ildə siyasi partiyalar üçün vəsait 20% və ya 500 min manat artırılaraq, 3,1 milyon manata çatdırılıb.

QHT-lərə ayrılan vəsait də 600 min manat və yaxud 2017-ci illə müqayisədə 12,1% artırılaraq 5,6 mln. manat olub”.

Sonda büdcə layihəsinin yekun müzakirəsi səsə qoyularaq, yekdilliklə qəbul edilib.

A. Zeynalov

www.yenicag.az

1720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv