Samuxda avtomobilden meyit tapıldı

media-hightechnic-468x90

imageSamux rayonunda qətl törədilib.

Hadisə ötən gün günorta saatlarında rayonun Sərkar kəndi ərazisində baş verib.

Boğaz nahiyəsindən bıçaqlanaraq öldürülən Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Bədəlov Səyyad Əvəz oğlunun meyiti özünə məxsus 60 BM 065 dövlət nömrə nişanlı LADA avtomobilinin yük yerindən aşkarlanıb.

Bu gün səhər saatlarında kənd sakinləri hadisə barədə polisə məlumat veriblər.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa