Samvel Karapetyan Paşinyana qarşı fəaliyyətini GÜCLƏNDİRİR – Yeni partiya QURACAQ

media-hightechnic-468x90

Ermənistanın tanınmış iş adamı və “Taşir Qrupu”nun rəhbəri Samvel Karapetyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanıldığı müddətdə yeni siyasi qüvvə yaradacağını bəyan edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, Karapetyan bu barədə bəyanatını birbaşa təcridxanadan verib. O, bəyanatında digər müxalif qüvvələrə hörmətlə yanaşdığını vurğulasa da, öz siyasi təşkilatını “yeni komanda və öz baxışları” əsasında qurduğunu açıqlayıb. Hazırda yeni komandada kimlərin yer alacağı dəqiqləşməsə də, Karapetyan köhnə siyasi fiqurların bu prosesdə yer almayacağını açıq şəkildə bildirib.

Qeyd edək ki, iyulun 4-də Karapetyanın müdafiəsi məqsədilə təşkil olunan yürüşdən sonra keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarları arasında ciddi fikir ayrılıqları baş verib. “Hayastan” blokunun deputatları Aqvan Vardanyan, Qarnik Danielyan və Anna Qriqoryanın yürüşdə çıxış etməsi isə Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının prosesdən kənarda qalması ilə bağlı söz-söhbətləri gücləndirib.

Bununla belə, Karapetyan ilə Serj Sarkisyan arasında şəxsi münasibətlərin isti olduğu, Ermənistanın üçüncü prezidentinin Karapetyanın atasının dəfn və yas mərasimlərində iştirak etdiyi qeyd olunur. Ermənistan hakimiyyətə yaxın media isə bu ziddiyyətləri fürsət bilərək Karapetyanı “keçmiş prezidentlərin layihəsi” kimi təqdim etməyə çalışır. Lakin yayılan məlumatlara görə, Karapetyanın yeni komandasında, əsasən. gənc və yeni simalara yer veriləcək. Hətta bəzi mənbələr partiyanın Karapetyanın oğullarından biri tərəfindən idarə olunacağını da istisna etmir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600