Sarah Nandudu: WUF13-dən Uqandaya həll yolu ilə qayıtmaq istəyirəm
Uqanda Beynəlxalq Gecəqondular Federasiyasının prezidenti Sarah Nandudu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) eyni dildə danışıldığını, eyni problemləri müzakirə etdiklərini bildirib.
Yenicag.az-ın “Report”-a istinadən məlumatına görə, o, WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib ki, hazırda qarşıda şəhərlərlə bağlı çağırışlar var.
“Biz təşkilat olaraq, müxtəlif tərəfdaşlarla, hökumətlərlə görüşmüşük, problemlərin həlli üçün müxtəlif təkliflər irəli sürmüşük. Mən Azərbaycandan Uqandaya həll yolu ilə qayıtmaq istəyirəm, praktiki həll yollarına nail olduğumuzu demək istəyirəm”, – o qeyd edib.
S.Nandudu həmçinin deyib ki, evi havada deyil, yerdə tikmək lazımdır:
“Ancaq Uqandada torpaqda ev tikmək problemi var. Bizi şəhərlərə, az qala, buraxmırlar, ev sahibi olmağımız üçün heç bir şərait yoxdur. Biz gecəqondularda böyük çətinliklərlə üz-üzəyik. Mən hər kəsdən acizanə xahiş edirəm: zəhmət olmasa, bizim kimi icmalara kömək edin, bizi masalara dəvət edin ki, maliyyə müzakirələri aparaq. Gecəqondularda yaşayan insanların həyat şəritinin yaxşılaşdırılması üçün nələrsə edək”.













