“Sarkisyan erməni xalqınının etimadını itirib”
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvətini rədd edib.
Politoloq Natiq Miri buna belə şərh verib: “Sarkisyanın Türkiyə prezidenti Ərdoğana rədd cavabı təbii qarşılanmalıdır. Çünki Sarkisyan bu dəvətin Türkiyə dövləti tərəfindən edilmiş bir siyasi gediş olduğunu və “qondarma soyqırım”ın 100 illiyi ilə bağlı dünya ermənilərinin hazırladığı ajiotaj tədbirə kölgə salmağa hesablandığını bilir. Belə olan təqdirdə Ermənistan prezidentindən başqa addım da gözlənilə bilməzdi. Çünki Sarkisyan hakimiyyəti indiki vəziyyətdə erməni xalqının və xaricdəki diasporun etimadını itirmiş vəziyyətdədir. Sarkisyan hakimiyyəti “soyqırım” hadisəsindən Türkiyəyə qarşı istifadə etməyə, Qərblə, xüsusilə də ABŞ-la Türkiyənin münasibətlərinə xələl gətirmək, öz iddialarını təmin etmək və bundan yararlanaraq iqtidarı üçün siyasi dividentlər qazanmaq istəyir”.
Kamran/Yenicag.az