Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sarkisyan: "Ermənistan Avrasiya İttifaqına nahaq daxil oldu"  

Reklam: High Technic

“Konyak, pomidor, xiyar kimi məhsulları dollarla satmalıyıq ki, həmin pulları qaz almaq üçün xərcləyək”

“Əlbəttə, gözləntilər yüksək idi”, deyə – Sarkisyan bildirib.

Yenicag.Ru-nun məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan “Bussines” FM-ə verdiyi müsahibəsində söyləyib.
Eyni zamanda Serj Sarkisyan bildirib ki, o dövrdə dram devalvasiyaya uğramamışdı:

“Həmin vaxtdan əvvəl devalvasiya ehtimalı mövcud idi. Bizim kiçik bir iqtisadiyyatımız var, ona görə də problemləri həll etmək asandır. Tezliklə, ixracatımızı idxal səviyyəsinə qaldıra bilsək, yəni tarazlığa nail olsaq, ölkə iqtisadiyyatında sabitlik yaranacaq.

Amma bunun üçün çoxlu səy göstərmək lazımdır. Biz qazı nə rublla, nə də dramla deyil, dollarla alırıq. Ancaq əhaliyə dramla satırıq. Yığılan dramlar daha sonra dollara çevrilir və “Qazprom”a ödənilir. Deməli, konyak, pomidor, xiyar kimi məhsulları biz dollarla satmalıyıq ki, həmin pulu qaza verə bilək.”

Prezidentin sözlərinə görə, bir çoxları Ermənistanın Avrasiya İttifaqına daxil olmasına şübhə ilə yanaşırdı, əksəriyyət buna “yox” deyirdi:

Buna görə də Ermənistanın Avrasiya İttifaqına üzvlüyünü müzakirə etmək nahaqdır, çünki bu barədə nəticələr danışır.”

www.yenicag.az

2545
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM