ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) 2023-cü ilin son ayları və 2024-cü il üçün dünya bazarında neftin mümkün orta qiymətini açıqlayıb.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, EİA “Brent” markalı xam neftin bir barrel qiymətinin ilin sonuna kimi 84,46 dollara yüksələcəyi gözlənilir.
Sözügedən qurumun bundan əvvəlki hesabatında həmin rəqəm 82,62 dollar həddində göstərilmişdi.
OPEK-in neft hasilatında mümkün azalma qərarından sonra qiymətlərin yenidən artacağına dair proqnozlar intensivləşib.
Bu baxımdan, verilən açıqlamalarda “Brent” markalı neftin qiymətinin ilin sonuna kimi 84,46 dollara qədər yüksələcəyi bildirilir.
Qeyd olunur ki, bundan əvvəlki hesabatda neftin qiyməti 82,62 dollar olaraq qiymətləndirilmişdi.
Ötən ay 77,79 dollar həddində proqnozlaşdırılan “WTI” markalı neftin bu ilin son ayları üçün orta qiymətinin 79,65 dollar təşkil edəcəyi təxmin olunur.
Ekspertlər neft qiymətlərinin gələn il üçün mümkün hədlərini də açıqlayıblar. Onların verdiyi proqnoza əsasən, 2024-cü ildə “Brent” markalı neftin orta qiyməti 88,22, “WTI” markalı neftin orta qiyməti isə 83,22 dollar təşkil edəcək.
www.yenicag.az