Savaş davam edir, gərginlik artır: Tramp çıxılmaz vəziyyətdə

media-hightechnic-468x90

“Trampın Kremlə verdiyi son tarix yaxınlaşdıqca Rusiya-Ukrayna savaşında gərginlik artır”.

Yenicag.az xəbər verir ki, bu barədə “The Associated Press”in təhlil materialında qeyd olunub.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə sülh razılaşması üçün qoyduğu son tarix bu həftə tamamlanır. Vaşinqtonun xəbərdarlığına baxmayaraq, Moskvanın geri addım atmaq əlamətləri göstərməməsi bölgədəki gərginliyi daha da artırıb:

“Trampın xüsusi elçisi Stiv Uitkoffun həftəortasında Moskvada Kreml rəsmiləri ilə görüşəcəyi gözlənilir. Ağ Ev əgər sülh istiqamətində irəliləyiş əldə olunmasa, Rusiyaya qarşı yeni sanksiyalar və Rusiya neftini alan ölkələr – Çin və Hindistan da daxil olmaqla – üçün əlavə ticarət tarifləri tətbiq ediləcəyini açıqlayıb.

Kreml Uitkofun səfərini “vacib və faydalı” adlandırsa da, orezident Putin sülhü yalnız öz şərtləri ilə qəbul edəcəyini təkrarlayıb. Rusiya yeni hipersəs raketi “Oreshnik”in istifadəyə verildiyini də açıqlayıb. Raketin nüvə gücündə dağıdıcı təsirə malik olduğu iddia edilir.

Ukrayna tərəfi isə ABŞ və Avropanı Moskvanın enerji və maliyyə sektorlarına qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırır. Zelenski: “Sanksiyalar Rusiya ordusuna zərbə vurur, daha sərt tədbirlər lazımdır,” – deyə bildirib.

ABŞ rəsmiləri sülh cəhdləri nəticəsiz qalarsa, münaqişədən geri çəkilmə ehtimalını da gündəmə gətiriblər.

Bu arada, Rusiya Pokrovsk şəhərini ələ keçirmək üçün irəliləyir, Ukrayna isə Soçi yaxınlığında yerləşən neft bazasına pilotsuz aparatlarla hücum həyata keçirib.

Savaş minlərlə mülki və hərbçinin həyatına son qoymağa davam edir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa