!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Şaxta baba olsaydım..." - "Qarabağ"ın futbolçusu - VİDEO

!Reklam – Yazi

İlin əcnəbi futbolçusu nominasiya üzrə qalib “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye olub.

Yenicag.az-a açıqlama verən haitili futbolçu qalib olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib.

“Azərbaycanda ilin əcnəbi futbolçusu seçilməyim üçün mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm. Bu, mənim üçün əlavə motivasiyadır. Mükafat aldığım üçün çox xoşbəxtəm. Bir daha mənə səs verənlərə minnətdarlığımı bildirirəm”.

Geryenin sözlərinə görə, başa çatmaqda olan il onun üçün çox çətin keçib. Buna səbəb futbolçunun azyaşlı qızının dünyasını dəyişməsidir:

“2018-ci ildə övladım vəfat etdi. Sözsüz ki, bu da mənim çıxışıma mənfi təsir göstərdi. Çox çətin günlər yaşadım. Buna baxmayaraq, baş məşqçi və komanda yoldaşlarımın dəstəyi ilə çətin günləri geridə qoydum”.

Yeni ilin də əhəmiyyətindən söz açan “Qarabağ”ın legioneri Şaxta baba olacağı təqdirdə uşaqlara verəcəyi hədiyyələrdən də danışıb:

“Uşaq ikən Yeni ili səbrsizliklə gözləyirdik. Bu bizim üçün böyük gün idi. Anamız həmişə ayaqqabıların içinə hədiyyələr qoyardı. Biz də bundan çox xoşbəxt olurduq. Həqiqətən də Yeni ilin əhəmiyyəti çox böyükdür. Şaxta babanın həqiqiliyini dərk etməyənə qədər xoşbəxt anlar yaşamışam. Bu gün bir sıra ölkələrdə uşaqlar aclıqdan, səfalətdən əziyyət çəkir. Məncə hər bir uşağın xoşbəxt olmağa haqqı var. Şaxta baba olsaydım, onlara xoşbəxtlik hədiyyə edərdim. Çünki mən hər bir uşağı xoşbəxt görmək istəyirəm”.

Emin Səfərov

www.yenicag.az

3847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv