!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saxta pulları necə ayırd edə bilərik? – Vacib TÖVSİYƏLƏR

!Reklam – Yazi

“Kimdənsə pul aldıqda həmin əskinasın həqiqi olub-olmadığını mütləq yoxlamaq lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında saxta əskinasla həqiqi pulu ayırd etməyin yollarından danışan iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, saxta pul hər bir ölkədə mövcuddur.

“Diqqətli olmaq üçün də hər kəs pul nişanlarına baxanda onun üzərində həkk olunmuş bəzi nişanları görür. Bəzilərini işığa tutduqda, bəzilərini də pula toxunduqda görünür ki, onun bəzi yerləri digər yerləridən nisbətən fərqlənir. Daha qalın olur və sair. Prinsipcə, ilk baxışdan da belə müəyyən etmək mümkün olur. Lakin təbii ki, hər birimiz hər dəfə kimdənsə pul aldıqda yoxlamırıq. Bunu çox vaxt aldadıldıqdan sonra edirik. Bəzən də həmin saxta pulu ümumiyyətlə kimdən aldığımızı da bilməyə bilərik”, – deyə o qeyd edib.

O əlavə edib ki, kimdənsə pul aldıqda həmin əskinasın həqiqi olub-olmadığını mütləq yoxlamaq lazımdır:
“Xarici ölkələrdə son zamanlar bu məsələ aktual deyil? Ona görə ki, onlar bir çox əməliyyatı nağdsız qaydada həyata keçirirlər. Elə işin ən düzgün variantı da elə budur. Ölkəmizdə də bir çox insan nağdsız ödənişə üstünlük verir, lakin yenə də nağd ödənişlər kifayət qədər çoxdur. Nağdsız əməliyyatlar həyata keçirmək lazımdır ki, belə problemlə daha çox qarşılaşmayasan”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv