SDU-da debat çempionatı keçiriləcək

media-hightechnic-468x90

14164162013295757041_600x400Sumqayıt Dövlət Universitetində (SDU) ilk tələbələrarası “SDU I Qladiator Debatları Kolizeyi” debat layihəsinə başlanılıb.

Layihə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən dəstəklənir.

SDU-nun mətbuat xidmətindən bildirilib ki, “Qladiator Debatları” üzrə təlimə 60-dək tələbə cəlb edilib. Təlimlər “Ritorika Universal Klub”da keçirilir.

Burada təlimçi tələbələrə debat nəzəriyyəsi, onun praktik həyatda tətbiqi sahələri, gənclərin şəxsi inkişafında debatda qazanılan bacarıqların əhəmiyyəti, eləcə də debat mədəniyyətinin qayda və prinsipləri və s. barədə məlumat verib.

Təlimlər bitdikdən sonra dekabr ayında SDU-da ilk dəfə olaraq tələbələrarası debat çempionatı təşkil ediləcək.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600