Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Seçicilərdən Güloğlan Cabbarova dəstək: "Biz səninləyik"

19 saylı Nərimanov Birinci Seçki Dairəsindən namizədliyini müstəqll şəkildə irəli sürən Güloğlan Cabbarovun seçiciləri ilə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, bu gün Arif Heydərov küçəsində seçiciləri ilə görüşən deputatlığa namizəd bildirib ki,ona etimad göstərib millət vəkili seçəcəkləri təqdirdə,beş il müddətində davamlı olaraq dairə ərazisində yaşayan seçicilərinin problemlərini müvafiq dövlət orqanları qarşısında qaldıracaq.Eyni zamanda Güloğan Cabbarov vurğulayıb ki,ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyir və bundan sonra da yenə də müdafiə edəcək.
Seçicilər qeyd ediblər ki,onların əsas problemləri sosial yönümlüdür və daha çox yaşadıqları ərazi ilə əlaqdədardır.Güloğan Cabbarov bildirib ki,bu gün paytaxtın bütün rayonlarında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad həyət” lahiyələri həyata keçirilir.Bundan başqa dövlət özü də rayon-şəhər icra hakimiyyətləri ilə abad həyətlərin yaradılması istiqamətində müxtəlif proqramlar hazırlayıb icra edirlər. “Əgər millət vəkili seçilərəmsə,çalışacam rayonmuzda bu istiqamətdə mövcud olan problemlərin həlli ilə bağlı ciddi addımlar atılsın”.

www.yenicag.az

171
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM