!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçilmə şansım böyükdür”-Razi Abasbəyli

!Reklam – Yazi

razi-abasbe_yli-2012Tanınmış jurnalist, Gundeminfo.az saytının rəhbəri Razi Abasbəylinin Seçki Qərargahı fəaliyyətə başlayıb. Bu barədə YeniCag.az-a Razi Abasbəyli özü məlumat verib. 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığını irəli sürən jurnalist artıq seçki prossesi ilə bağlı olaraq dairənin dislokasiya üzrə ərazisində fəaliyyətə başlayıb.

«İlkin hazırlıq işlərimizi başa çatdırdıq. 14 nəfərdən ibarət könüllülərlə Seçki Qərargahını formalaşdırdıq. Könüllü olaraq prossesdə iştirak etmək istəyən yaxın qohumlarım, dostlarım və uzun illər təmsil etdiyim partiyadaşlarım, Ümid Partiyasının fəalları da var. Bu seçkilərdə namizədliyim Ümid Partiyası tərəfindən dəstəklənib və partiya siyahısı ilə seçkilərdə iştirak edirəm. Dairə ərazisində əhali arasında seçki ovqatının yüksəldilməsi, insanların seçkidə aktiv iştirakını təmin etmək üçün lokal qaydada sorğular keçiririk. Müşahidəçi və vəkil olacaq şəxslərlə görüşlər keçiririk. İmza toplamaq üçün kəndlərdə insanlarla görüşlər keçiririk. Güman edirik ki, bu seçkidə böyük şansımız var və sakini olduğum, doğulub boya-başa çatdığım el-obamın insanları bizim zəhmətimizi yüksək qiymətləndirəcəklər» deyə həmsöhbətimiz bildirdi.

www.yenicag.az

963
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv