Seçkidə iştirak etmək istəyən şəxslərdən səkkizinin namizədliyi təsdiq olundu

media-hightechnic-468x90

Növbədənkənar prezident seçkisində iştirak etmək istəyən daha səkkiz şəxsin namizədliyi təsdiq olunub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müvafiq qərarlar müzakirə edilib.

Qeyd edilib ki, öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən səkkiz nəfər aşağıdakılardır:

– Sərvan Kərimov

– Mətləb Mütəllimli

– Abutalıb Səmədov

– Fikrət Yusifov

– Yusif Bağırzadə

– Arzuman Abdulkərimov

– Yunus Oğuz

– Qulamhüseyn Əlibəyli.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Bu günə qədər yeddi nəfərin seçkidə namizədliyi təsdiq edilib. Beləliklə, növbədənkənar prezident seçkisində namizədliyi təsdiq edilənlərin sayı 15-ə çatdı./oxu.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600