!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkilərə 12 gün qalır – İğtişaşların ANONSU verildi

!Reklam – Yazi

“Son illərdə Gürcüstanda hakimiyyətin idarə olunması istiqamətində Qərbin və Avropanın çox böyük təzyiqləri var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Politoloq bu ay Gürcüstanda keçiriləcək parlament seçkilərində Qərb dairələrinin müdaxiləsi ehtimallarını şərh edib.

Onun sözlərinə görə, Avropa ölkələrinin Gürcüstana müxtəlif formalarda maliyyə yardımları etməsi və Qeyri-Hökumət Təşkilatları (QHT) vasitəsilə Gürcüstanın ictimai-siyasi həyatına dərindən nüfuzu bu ölkədə hakimiyyətin bir növ müstəqil siyasət yürütməyə imkan verilməməsi ilə nəticələnib.

“Daha konkret desək, Gürcüstanın bir dövlət kimi qəbul etdiyi qərarlar, ölkənin idarə edilməsi birbaşa olaraq Qərb tərəfindən həyata keçirilirdi. Eyni zamanda da Qərbin QHT-lər vəsaitlər yönəltdiyi vəsaitlər hesabına Gürcüstanda daim çaxnaşmalar, kütləvi etiraz aksiyaları və iğtişaşlar həyata keçirilirdi ki, bu da Gürcüstanı bir dövlət kimi irəli getməyə maneələr törədirdi. Amma son dövrlərdə Gürcüstanın hakimiyyət orqanlarında baş verən dəyişiklikdən sonra onlar müəyyən qədər Qərbdən qopmaq istiqamətində addımlar atırlar. Hətta bir müddət əvvəl Gürcüstan prezidenti Salome Zurabişvilinin veto qoymasına baxmayaraq, “Xarici şəffaflığın təmin edilməsi haqqında” qanun parlamentdə qəbul edildi. Bu isə ABŞ-dən tutmuş, digər Avropa ölkələrini heç də məmnun etmədi”, – deyə o qeyd edib.

Avropa ölkələrinin və Qərbin nəyin bahasına olursa-olsun, Gürcüstanı əlində saxlamağından danışan politoloq əlavə edib ki, bu ölkə üzərindəki nüfuzlarını itirməmək üçün çox ciddi mübarizəyə başlayıb:

“Oktyabrın 26-da Gürcüstanda baş tutacaq parlament seçkiləri öncəsi ölkədə qarşıdurmalar yaratmaq və kütləvi etiraz aksiyalarını qızışdırmaq istiqamətində müəyyən məkrli planlar işləyib hazırlayıb və həyata keçirməyə çalışırlar. Hətta Qərb çox maraqlıdır ki, cari ayda baş tutacaq parlament seçkilərində Qərbmeylli namizədlər parlamentdə təmsil olunsunlar. Hesab edirəm ki, Gürcüstan ictimaiyyəti artıq bu istiqamətdə müstəqil qərar verəcək və Gürcüstanı daha irəliyə aparacaq, mütərəqqi və müstəqil siyasət yürüdə biləcək parlament formalaşdıracaq ki, bu da Gürcüstanın gələcəyi üçün çox böyük önəm daşıyır”.

“Təbiidir ki, bölgəmizdə baş verən hər bir hadisə müəyyən mənada Azərbaycana da sirayət edir. Qərbin Gürcüstan və Ermənistan vasitəsilə Cənubi Qafqazda həyata keçirmək istədiyi siyasətin müəyyən mənada Azərbaycana da mənfi təsirləri olur. Amma Azərbaycan dövləti daim milli və dövlətçilik maraqlarına əsaslanan müstəqil və qətiyyətli siyasət yürüdür ki, bu da Qərbin bu istiqamətdəki planlarını daim iflasa uğradır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv