!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkilərin tanınmayan NAMİZƏDLƏRİ: Mandat qazanmaq yarışında tələbələr də var

!Reklam – Yazi

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinə 11 gün qalıb. Seçkilərlə bağlı deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası da davam edir. Müstəqillik dövründə sayca 7-ci dəfə keçiriləcək parlament seçkilərindən ümidlər böyükdür. Seçkilərdə iştirak edən VI çağırış Milli Məclisin deputatları namizədlər siyahısında üstünlük təşkil edir.

Namizədlər arasında ilk dəfə bu yarışa qatılanları nəzərdən keçirsək, bir sıra tanınmış adlara da rast gəlmək mümkündür. Lakin siyahıda namizədlər arasında heç kimin tanımadığı şəxslər də yer alıb. Siyahıda işsiz, təqaüddə olan, hətta tələbə namizədlərin olması da seçkiləri daha da maraqlı hala gətirib.

Təbii ki, seçmək və seçilmək hüququ vətəndaşların Konsititusiyada təsbit olunmuş təməl hüquqları sırasındadır. Lakin Milli Məclis kimi ali qanunverici orqanın bu ölkədə önəmli məsələləri həll edə biləcək mütəxəssislərə, iqtisadçılara, hüquqşünaslara və başqa bu kimi peşəkarlara ehtiyacı var.

Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizdələrlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Nizami, Sabunçu və Suraxanı rayonları ilə davam edirik.

25 saylı Nizami ikinci seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş Azərbaycan Respublikasının baş nazirinin müavini Əhmədov Əli Cavad oğludur. Bu seçki dairəsində adı tanınmayan şəxslər var. Belə ki, namizədliyini özü tərəfindən irəli sürən Modern Hospitalda müalicə işləri üzrə direktor müavini kimi çalışan Hüseynova Təranə Bayraməli qızıdır.

26 saylı Sabunçu birinci seçki dairəsində deputatlığa namizədliyini BQP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğludur. Bu seçki dairəsində siyahıda namizədliyini YAP-dan irəli sürən 252 saylı məktəb-liseydə çalışan Hacıyeva Afaq Şirzad qızı da yer alıb. Sözügedən seçki dairəsində də adı tanınmayanlardan isə namizədliklərini özləri tərəfindən irəli sürən və hazırda heç bir yerdə çalışmayan Həbibova Fatimə Fərhad qızı, Məmmədov Nizami Həsən oğludur.

27 saylı Sabunçu ikinci seçki dairəsində namizədliyini YAP-dan irəli sürən və hazırda 271 nömrəli orta məktəbdə direktor vəzifəsində çalışan Qasımova Səbinə Məmmədağa qızıdır. Bu seçki dairəsində də adı tanınmayan şəxslər yer alıb. Belə ki, namizədliklərini öz təşəbbüsləri ilə irəli sümüş və hazırda heç bir yerdə çalışmayan Atakişiyeva Elnarə Sabir qızı, Həsənli Şəhriyar Əlfəddin oğludur. Sözügedən seçki dairəsində hətta tələbə də var. Bu namizəd 2005-ci il təvəllüdlü Muradov İbrahim Azər oğludur.

28 saylı Sabunçu üçüncü seçki dairəsində deputatlığa ən real ad isə namizədliyini özü tərəfindən irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Quliyev Eldar Allahyar oğludur. Bu seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş həkim Qurbanov Taleh Mərifət oğlu da yer alıb. Sözügedən seçki dairəsində adı tanınmayan şəxslərdən isə namizədliyini özləri tərəfindən irəli sürən və hazırda heç bir yerdə çalışmayan İskəndərov Əli İlham oğlu, hazırda tələbə olan 2004-cü təvəllüdlü Əsgərli Ləman Mənsur qızıdır.

29 saylı Sabunçu dördüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürən 112 saylı tam orta məktəbdə işləyən Abdullazadə İlahə İntiqam qızıdır. Bu seçki dairəsində də adı tanınmayan şəxslər yer alıb. Belə ki, namizədliklərini özləri tərəfindən irəli sürmüş və hazırda heç bir yerdə çalışmayan Babayeva Aygül Azər qızı, Əliyev Nicat Zaur oğlu, Yaqubov Tamerlan Nəbi oğludur.

30 saylı Suraxanı birinci seçki dairəsində deputatlığa ən yaxın isim namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı olmuş Fətəliyeva Sevinc Həbib qızıdır.

Sözügedən seçki dairəsində də tanınmayan adlar var. Belə ki, namizədliyini Ağ Partiyadan irəli sürən pensiyaçı Babayev Racəddin Həşim oğlu, namizədliyini özü tərəfindən irəli sürən və hazırda heç bir müəssisədə çalışmayan Mehdiyev İmran Kamal oğludur.

Mövzunu davam etdirəcəyik.

COP29

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv