Seda Sayanın başına iş gəldi – FOTO

Türkiyənin məşhur müğənnisi Seda Sayan idman zamanı xəsarət alıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, müğənninin qol əzələsi üç yerdən parçalanıb. Buna səbəb isə onun idman müəllimini dinləməməsi olub. Seda Sayan qolunun sarğılı vəziyyətini sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, əzələ parçalanması ən azı 45 gün ərzində sağalır.