“Sədərək” gömrük postunda yük maşınında 250 ədəd patron aşkar edildi

media-hightechnic-468x90

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib.

Komitədən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.

Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600