Səfər Qaraqoyunlu Tənzilə Rüstəmxanlıya fəxri nişan təqdim etdi
Yenicag.az xəbər verir ki, Türkiyə və Azəri Türk Qadınlar Birliyinin sədei Tənzilə Rüstəmxanlı İstanbul Türkiyə Azərbaycan Dərnəyini (İSTAD) ziyarət edib.
Ziyarət əsnasında dərnəyin xatirə dəftərinə ürək sözlərini yazan Tənzilə Rüstəmxanlı, bundan sonra da dərnəyin fəaliyyətinə mənəvi dəstək verəcəyini və birlikdə işlər görəcəklərini xüsusilə qeyd edib. İSTAD başqanı Səfər Qaraqoyunlu tərəfindən Tənzilə xanıma dərnəyin fəxri üzvü nişanı təqdim olunub.