Səfir: ABŞ Novorossiysk limanına zərbəyə görə Ukraynaya diplomatik xəbərdarlıq göndərib

media-hightechnic-468x90

ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə Qara dənizdə onun maraqlarına toxunan obyektlərə zərbələrdən çəkinmək tələbi ilə bildiriş göndərib.

media-banner_tkm

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina brifinq zamanı bildirib.

“Biz eşitdik ki, Ukraynanın Novorossiyska hücumları Qazaxıstan vasitəsilə həyata keçirilən bəzi ABŞ investisiyalarına təsir edib. Dövlət Departamentindən bildirilib ki, ABŞ-nin maraqlarına hücumlardan çəkinməliyik”, – o deyib.

Bununla yanaşı, onun sözlərinə görə, ABŞ Kiyevə ümumilikdə Rusiyanın hərbi və enerji infrastrukturuna hücumlardan çəkinməyi təklif etməyib.

“Bu, məhz orada ABŞ-nin iqtisadi marağının zərər görməsi faktı ilə bağlı idi. Biz bunu nəzərə aldıq”, – səfir deyib.

2025-ci ilin noyabr ayının sonunda Ukrayna pilotsuz uçuş aparatları Novorossiysk limanına hücum edərək, böyük investoru ABŞ şirkəti “Chevron” olan Xəzər Boru Kəməri Konsorsiumunun əsas infrastrukturuna ziyan vurub./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05