Səfir prezidentlərin görüşündən danışdı

media-hightechnic-468x90

yyyyy8Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə planlaşdırılan növbəti görüşünün təşkil edilməsi barədə təklifini şərh edib.

Səfir E.Əmirbəyov açıqlamasında deyib:

“Dəqiq tarixini bilmirəm. Fransa prezidenti belə bir təşəbbüslə çıxış edib. Ancaq hələlik heç bir detallar yoxdur”.

Diplomat Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünün bu ayın sonunda təşkil olunması barədə yayılan xəbərlərə də toxunub:

“Mənim bundan hələlik xəbərim yoxdur. Biz rəsmi olaraq məlumat almamışıq”.

Xatırladaq ki, Axar.az erməni mediasına istinadən Azərbaycan prezidenti İlham Əliyevlə erməni prezident Serj Sərkisyanın görüşünün iyulun sonunda baş tutacağını yazmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa