!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir: "Türkiyə AŞPA-nın siyasi monitorinq qərarını tanımır"

!Reklam – Yazi

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün TİKA-nın Ədliyyə Akademiyasında hakim namizədləri ilə keçirilən tədbirdə iştirak edib.

Yeniçağ.Az xəbər verir ki, yayda Azərbaycan və Türkiyə arasında ikitərəfli və üçtərəfli görüşlər planlaşdırılır. Səfir bildirib ki, bu görüşlərin təşkili üçün referendum prosesinin sona çatması gözlənilirdi. Məlumata görə, əvvəlcə ikitərəfli görüşlər nəzərdə tutulub, daha sonra isə digər ölkələrin razılığı ilə üçtərəfli görüşlər də həyata keçiriləcək.

Həmçinin səfir AŞPA-nın Türkiyə haqqında verdiyi siyasi monitorinq qərarına münasibətini bildirib. O, qeyd edib ki, prezident Rəcəb Tayyip Ərdoğanın da bildirdiyi kimi bu qərar sadəcə siyasi xarakter daşıyır. Buna görə də Türkiyə bu qərarı tanımır.

Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ən böyük idmançı qrupunun məhz Türkiyədən qatılacağını söyləyən səfir, həmçinin gələn həftə Türkiyənin Gənclər və İdman nazirinin də Bakıya gələcəyini bildirib.

Özoralın sözlərinə görə, Türkiyə prezidentinin də Azərbaycana səfəri gözlənilir, lakin hələlik dəqiq bir tarix yoxdur.

Yeniçağ.Az

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv