Səfirimiz və İranın xarici işlər naziri terrorda yaralananlara baş çəkdi – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün saat 8:30 radələrind Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisi Baş leytenant Orxan Əsgərovu öldürüb, Vasif Tağıyev və Mahir İmanovu yaralayıb.

Yenicag.az xəbər verir ki,  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehranda xəstəxanaya yerləşdirilən yaralılara baş çəkib.

Həmin anın videosunu təqdim edirik: