Səfirlikdən Vensin Bakı səfəri ilə bağlı AÇIQLAMA
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu həftə Azərbaycana səfər edəcək:
“Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir”.












