Səftər Rəhimli bu akademiyaya prorektor gətirildi

media-hightechnic-468x90

Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) yeni prorektor təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rəhimli Səftər Mikayıl oğlu sözügedən vəzifəyə təyinat alıb.

Səftər Rəhimli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sabiq sədri Mustafa Abbasbəylinin müşaviri olub. Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edildikdən sonra Səftər Rəhimli Dövlət Məşğulluq Agentliyində müşavir vəzifəsindən azad olunub.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının 4 ilə yaxındır rektoru yoxdur. Nailə Məmməd-Zadə 2022-ci ildən bugünə qədər akademiyanın tədris işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra etməkdədir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa